Xaqani Məmmədov: Sağ olsun, hərdən adımı “18-liy”ə daxil edir
13.09.2010 - 15:09
“Oynamamağımla bağlı suala baş məşqçi cavab verə bilər. O, desə, oynayacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın hücumçusu Xaqani Məmmədov deyib.
Mövsümlərarası fasilədə yenidən “Xəzər Lənkəran”a qayıdan Məmmədov Ağasəlim Mircavadovun vaxtında meydana çıxsa da, Mirça Rednikin gəlişindən sonra ehtiyatda qalır. Arxada qalan 5 oyundan ikisində meydana sonradan daxil olan hücumçu “ilk 11-lik”də oynamamasına belə aydınlıq gətirib: “Baş məşqçi şans verəcəyini, çempionatın uzun marafon olduğunu bildirib. O, bütün futbolçuların komandaya faydalı olacağını və həvəsdən düşməməyi məsləhət görüb. Məşqlərdə ürəklə çalışıram. Baş məşqçi də əziyyət çəkdiyimi görür. Hələlik gətirdiyi futbolçulara şans verir. Sağ olsun, hərdən adımı “18-liy”ə daxil edir”.

0
0