UEFA kubokunun finalçıları Tovuzda sevindi
13.09.2010 - 15:21
“Qəbələ” klubunun baş məşqçisi Toni Adams ona yaxşı tanış olan həmkarı Bülənt Korkmazın yolunu davam etdirdi. Apasport.az saytının hesablamalarına görə, ingilis mütəxəssis Azərbaycanda ilk qələbəsini “Bakı”nın türkiyəli sabiq baş məşqçisi kimi Tovuzda “Turan” klubu üzərində qazandı. Özü də maraqlıdır ki, hər iki əcnəbi 1:0 hesablı qələbəyə sevindi. Fərq ondadır ki, Korkmaz debütdəcə qalib gəlmişdisə, Adams bunu 5 oyun gözləməli oldu. Onların hər ikisinin uğurunda isə yığmamızın müdafiəçisi Saşa Yunisoğlu iştirak edib. Ötən mövsüm “Bakı”nın heyətində oynayan Saşa yaxınlarda keçdiyi “Qəbələ”də qol hesabını Tovuzda açmaqla yeni baş məşqçisinə ilk qələbə qazandırdı.
Korkmazla Adamsa ölkəmizdə görüşmək nəsib olmasa da, onları birləşdirən yetərincə məqamlar var. Əvvəla, əcnəbilər eyni mövqedə - müdafiənin mərkəzində oynayıb və ən əsası, karyeralarını bir kluba həsr edib. Korkmaz 20 ildən artıq “Qalatasaray”a, Adams London “Arsenal”ına sadiqliyini nümayiş etdirib. Onlar əfsanəvi kapitanlar olsa da, doğma komandalarında məşqçi işləməyiblər. Adamsla Korkmazın yaddaqalan görüşü 10 il öncə olub. Belə ki, “Qalatasaray”la “Arsenal”ın 2000-ci ilin mayın 17-də Danimarkanın paytaxtı Kopenhagendə UEFA kubokunun finalındakı tarixi görüşündə qalib oyun sonrası penaltilərlə müəyyənləşib. Müdafiəçilər həmin zərbələri yerinə yetirməsələr də, oyunda sarı vərəqə alanlar sırasında olublar.
Qeyd edək ki, Korkmaz 6 ay çalışdırdığı “Bakı” ilə yollarını bu ilin martında ayırıb. Adams isə bundan iki ay sonra ölkəmizə gələrək, “Qəbələ” ilə üç illik müqavilə imzalayıb.
Mehman SÜLEYMANOV

0
0