“Bakılı”nın sabiq futbolçusu Ukraynanın əməkdar məşqçisi oldu
13.09.2010 - 16:00
“Bakılı”nın sabiq futbolçusu Ukraynanın əməkdar məşqçisi oldu
Ukraynanın “Tavriya” klubunun baş məşqçisi Sergey Puçkov fəxri adla təltif edilib. Apasport.az saytının məlumatına görə, 48 yaşlı mütəxəssis Ukraynanın əməkdar məşqçisi adına layiq görülüb. Puçkov buna nail olan sayca 660-cı çalışdırıcı kimi tarixə düşüb. O, bunu təsdiqləyən vəsiqəyə artıq bu həftə yiyələnəcək.

Yeddi ildir məşqçilik fəaliyyətinə başlayan Puçkov əsas uğurlarını Krım klubları “Sevastopol” bə “Tavriya” ilə qazanıb. Birinciləri ikinci dəstənin ortababından birindi liqanın liderinədək yüksəldən mütəxəssisin yetirmələri Premyer liqaya da vəsiqə qazanıblar. “Tavriya” isə onun rəhbərliyi altında klub tarixində ilk dəfə ölkə kubokunu qazanaraq avropa Liqasına vəsiqə əldə edib.

Futbolçu karyerasını 41 yaşında bitirən Puçkov vaxtilə Azərbaycan çempionatında da çıxış edib. Belə ki, əsasən “Dnepr”də oynadığı 1983-89-cu illərdə məşhurlaşıb, iki dəfə SSRİ çempionu olan arxa xətt oyunçusunun formasını geydiyi çoxsaylı klublar arasında “Araz”da olub. Sonradan adını “Bakılı”ya dəyişən paytaxt təmsilçisi ukraynalını 1997-ci ildə sıralarına qatmışdı. Həmin vaxt 35 yaşı olan müdafiəçi çempionatımızda 10 oyun keçirib 1 qol vurmağı bacarmışdı.