Mahir Şükürov üçün yeni sistem
13.09.2010 - 15:38
Rusiya Premyer Liqası tarixində yeni mərhələyə qədəm qoydu. Apasport.az saytının məlumatına görə, Rusiyanın Futbol İttifaqının İcraiyyə Komitəsinin bugünkü iclasında “payız-yaz” sisteminə keçməklə bağlı qərar qəbul edilib. Səsvermənin yekununa əsasən bir nəfər bitərəf, bir nəfər isə əleyhinə olub. Bu sistemin əleyhinə çıxan Peşəkar Futbol Liqasının prezidenti Nikolay Tolstıxdır. İndiyə kimi “yaz-payız” sistemi ilə oynayan ruslar Avropada daha çox keçirilən “payız-yaz”a üstünlük verməyi qərara alıb.
Qeyd edək ki, yığmamızın futbolçusu Mahir Şükürov bu ildən Premyer Liqada çıxış edən Mahaçqalanın “Anji” klubunda oynayır.
Qeyd edək ki, yığmamızın futbolçusu Mahir Şükürov bu ildən Premyer Liqada çıxış edən Mahaçqalanın “Anji” klubunda oynayır.
0
0