Azərbaycanlı hakim-inspektor Çexiyaya gedir
13.09.2010 - 17:53
Azərbaycanlı hakim-inspektor Çexiyaya gedir
Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz futzal üzrə UEFA kubokunun seçmə mərhələsinin əsas raundunun oyunlarında iştirak edəcək. Məmmədov sentyabrın 27-dən 30-dək Çexiyanın Xrudim şəhərində təşkil olunacaq 4-cü qrupunun qarşılaşmalarında hakim-inspektorlardan biri olacaq.

Qeyd edək ki, bu qrupda “Xrudim” (Çexiya), “Dyor” (Macarıstan), “İberiya Star” (Gürcüstan) və “Mapid” (Belarus) komandaları mübarizə aparacaq.

Mənbə: affa.az