Milli komandada yeni baş məşqçi
13.09.2010 - 21:21
Dünya çempionatının final mərhələsində uğursuz çıxış edən Əlcəzair milli komandasının yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisini bundan sonra Əbdelhaq Ben Şixa çalışdıracaq. Yerli futbol federasiyası mütəxəssislə iki illik müqavilə bağlayıb. Ben Şixanın qarşısına yığmanı 2012-ci ildə Ekvatorial Qvineya və Qabonda keçiriləcək Millətlər Kubokuna çıxarmaq vəzifəsi qoyulub. Əlcəzairlilər seçmə mərhələdə Mərakeş, Tanzaniya və MAR-la mübarizə aparmalı olacaqlar.
Qeyd edək ki, yığmaya CAR-dakı mundialda rəhbərlik edən Rabah Saadan ötən həftə seçmə mərhələnin Tanzaniya ilə görüşündən (1:1) sonra istefa vermişdi.
Qeyd edək ki, yığmaya CAR-dakı mundialda rəhbərlik edən Rabah Saadan ötən həftə seçmə mərhələnin Tanzaniya ilə görüşündən (1:1) sonra istefa vermişdi.
0
0