“Qalatasaray”ın sabiq baş məşqçisinin xələfi məlum oldu
13.09.2010 - 21:38
Tanınmış isveçli mütəxəssis Sven Qoran Eriksson karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, o, bu ölkənin “Əl-Hilal” klubu ilə ilkin anlaşma əldə edib. Eriksson bu postda Türkiyənin “Qalatasaray” klubunun sabiq baş məşqçisi Erik Geretsi əvəz etməlidir. Belə ki, 2005-07-ci illərdə İstanbul nəhəngini çalışdıran belçikalı klubdan ayrılıb Mərakeş yığmasına üz tutmağa qərar verib. Ərəblərlə maddi məsələlərdə razılığa gələn skandinaviyalı bir mövsümlük anlaşmaya əsasən 1,5 milyon avro qazanacaq.
Qeyd edək ki, Eriksson dünya çempionatının final mərhələsində Kot d’ivuar yığmasına başçılıq edirdi.
Qeyd edək ki, Eriksson dünya çempionatının final mərhələsində Kot d’ivuar yığmasına başçılıq edirdi.
0
0