Quiza əməliyyat olundu
13.09.2010 - 22:01
Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Daniel Quiza əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, İspaniya yığmasının sabiq futbolçusu neçə vaxtdır əziyyət çəkdiyi zədələrdən qurtulmaq üçün cərrah masasına uzanıb. Türkiyədə uğurlu əməliyyatdan çıxan Quiza bu gün evə buraxılıb. 30 yaşlı futbolçunun bərpası üçün 8 həftə lazım olacaq.
Qeyd edək ki, Quiza zədəli olmadığı vaxtlarda da İstanbul təmsilçisinin heyətinə düşməkdə çətinlik çəkirdi.
Qeyd edək ki, Quiza zədəli olmadığı vaxtlarda da İstanbul təmsilçisinin heyətinə düşməkdə çətinlik çəkirdi.
0
0