İlqar Qurbanovun baş məşqçisini bıçaqladılar - FOTO
13.09.2010 - 23:40
Azərbaycan milli komandasının sabiq futbolçuları İlqar Qurbanov və Ernani Pereyranın çıxış etdiyi Türkiyənin “Mersin İdman Yurdu” klubunun baş məşqçisi Yüksel Yeşilova bıçaqlanıb. Apasport.az saytının məlumatın görə, üzücü hadisə Türkiyə birinci dəstəsində keçirilən “Samsunspor” – “Mersin İdman Yurdu” komandalarının qarşılaşmasında baş verib. Mersin təmsilçisinin rumıniyalı baş məşqçisi Yüksel Yeşilova qardaşı Murad Yeşilova tərəfindən bıçaqlanıb. TRT vasitəsilə canlı yayımlanan qarşılaşma hakimlərin qərarı ilə qeyri-müəyyən vaxta təxirə salınıb. Qarın nahiyəsindən və ayağından bıçaq zərbələri alan təcrübəli məşqçi Samsun Medikalpark xəstəxanasına yerləşdirilib. Qardaşı Murad Yeşilova isə polis məntəqəsinə aparılıb. Hadisənin hansı səbəb üzündən baş verdiyi məlum deyil.
Qeyd edək ki, Yeşilovanın adı ötən ilin yayında Bakının “Neftçi” klubu ilə yanaşı da hallanırdı. Həmin vaxt bakılıların rumıniyalı mütəxəssislə danışıqlar apardığı haqda xəbərlər yayılmışdı.
Qeyd edək ki, Yeşilovanın adı ötən ilin yayında Bakının “Neftçi” klubu ilə yanaşı da hallanırdı. Həmin vaxt bakılıların rumıniyalı mütəxəssislə danışıqlar apardığı haqda xəbərlər yayılmışdı.
0
0