Azərbaycan çempionu Gürcüstan klubu ilə bacarmadı
14.09.2010 - 10:00
Azərbaycan çempionu Gürcüstan klubu ilə bacarmadı
Naxçıvanın “Araz” klubu futzal üzrə UEFA kubokuna hazırlıq məqsədilə yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Gürcüstanın son çempionu “İberiya Star”la qarşılaşıb. Joze Alessio da Silvanın yetirmələri bu görüşdə 2:3 hesabı ilə məğlub olublar. Naxçıvanlıların qollarını Rizvan Fərzəliyev və Ribeyro Dos Santos vurublar.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun bu gün saat 16:00-da Bakı İdman Sarayında keçiriləcək.