“Mən hamını, o cümlədən Toni Adamsı qane edirdim”
14.09.2010 - 10:34
“Mən hamını, o cümlədən Toni Adamsı qane edirdim”
”Komandada kardinal struktur dəyişiklik edildi. “Qəbələ”də görünməmiş nəticə və oyun göstərməsinə baxmayaraq, baş məşqçisini işindən azad etdilər və “təmizləmə əməliyyatı” apardılar. Bununla yeni baş məşqçi Toni Adamsa meydan yaratdılar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ” klubunun sabiq futbolçusu Anatoli Ostap deyib.

Ölkəmizdə il yarım oynayan moldovalı yarımmüdafiəçi vətənindəki həmkarlarımıza verdiyi müsahibəsində Qəbələdən gedişinə toxunub. Litvaya qayıdaraq “Banqa” klubuna keçən Ostapın sözlərinə görə, Adams onun qalmasını istəyirmiş: “Adams çempionatın sonuna bir neçə həftə qalmış komandanın oyunlarına baş çəkirdi. Mən ona təqdim olundum. Bir neçə kəlmə danışdıq, vəssalam. Belə götürəndə mən hamını, o cümlədən Adamsı qane edirdim. Ancaq sonda komandada qalmadım. Ola bilsin ki, bu, müqaviləmin şərtlərinə yenidən baxılmasını xahiş etməyim, yaxud hansısa başqa səbəbdən idi”.