Cavid Hüseynov: Liderliyi qaytarmaq bizə çətin olmayacaq
14.09.2010 - 11:34
“Məncə, bu qədər lider olmaq “Xəzər Lənkəran”a yetər. Bu gün qələbə qazanaraq yenidən zirvəni ələ keçirəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun futbolçusu Cavid Hüseynov deyib.
V turdan təxirə salınan qarşılaşmasında Salyanın “Muğan” klubunu qəbul edəcək Arif Əsədovun komandası oyuna ciddi yanaşır. Flaqman “Muğan” üzərində qələbə qazanaraq yenidən liderliyi ələ keçirmək niyyətindədir. Yığmamızın və “Neftçi”nin yarımmüdafiəçisi Cavid Hüseynov oyunun çətin keçəcəyini düşünür: “Muğan” əzmkar komandadır. Bizimlə başa-baş mübarizə aparacaq. Komandamızda əhval ruhiyyə yüksək səviyyədədir. Doğma meydanda növbəti qələbəmizi qazanaraq yenidən zirvəyə yüksəlmək istəyirik. Əlbəttə bu çətin olmayacaq”.
Gənc yarımmüdafiəçi oyunun təxirə salınmasına toxunaraq bunun komandaya və futbolçulara müsbət təsir etdiyini bildirib: “Hər işdə bir xeyir var. Məncə, oyunun təxirə salınması haradasa bizim xeyrimizə oldu. Çünki millidən yorğun dönün futbolçularımız var idi. Belə olan halda daha çox istirahət etmiş olduq”.

0
0