“Gəncə” də saytını istifadəyə verdi
14.09.2010 - 11:45
“Gəncə” də saytını istifadəyə verdi
“Gəncə” Peşəkar Futbol Klubunun yeni saytı istifadəyə verilib. Apasport.az saytının məlumatına görə, dizayn və effektləri ilə seçilən saytda klubun tarixi, rəhbərlik və oyunçular barədə məlumatlar, şəkillər, videolar, komanda barədə son informasiyalar, qədim Gəncə şəhərinin dünəni və bu gününü əks etdirən şəkillər, maraqlı məlumatlar yer alıb. www. gancapfk.az ünvanında yerləşən saytda azarkeşlər komanda ilə bağlı hər gün yenilənən məlumatları əldə edə biləcəklər.