Yaşar Sultanov: Süleymanov ayıq başla düşünüb qərar verməlidir
14.09.2010 - 11:59
“Turan”ın oyunlarını izləyirəm. Baş verənlərdən xəbərim var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun sabiq vitse-prezidenti Yaşar Sultanov deyib.
Cari mövsümdə heç də özünə bənzəməyən Tovuz təmsilçisi arxada qalan 5 turda cəmi 2 xal toplayıb. Təbii ki, son oyunda məğlub olan “Turan”ın uğursuz çıxışı klub rəhbərliyi ilə yanaşı, komandanın yaşaması üçün vaxtilə əziyyət çəkmiş insanları da narahat etməyə bilməz. Sultanov “Turan”ın istənilən nəticəni qazana bilməməsini heyətin formalaşmaması ilə bağlayıb: “Əsas səbəb heyətin formalaşmamasıdır. Mövsümlərarası fasilədə heyətə çoxsaylı legionerlər dəvət edildi. Üstəlik, seleksiya işləri düzgün aparılmayıb. Bunun nəticəsidir ki, hansısa legioner gözəgəlimli oyunu ilə seçilmir”.
“Turan”ın sabiq rəsmisi yerli oyunçulara şans verilməsini müsbət qiymətləndirsə də, bunun bir qədər riskli olduğunu düşünür: “Yerli gənclərə şans vermək yaxşı haldır. Ancaq bu, bir qədər risklidir. Komandada istək var. Əlbəttə, istək, əzmkarlıq olan yerdə dönüş də olacaq. Komandanın tədricən özünə gələcəyini düşünürəm”.
Klubun prezidenti Musa Süleymanovun istefasına da toxunan Sultanov bu qərarın tələsik verildiyini deyib: “Musa müəllim bir neçə dəfə hakimlərin düzgün olmayan qərarlarına cavab olaraq klubdan ayrıldığını bildirib. Məncə, bu, emosiyadan doğan qərardır. Ayıq başla düşünüb qərar vermək lazımdır”.

0
0