“Berti Foqts yaxşı məşqçi olsa da, Azərbaycan yığması komanda oyununu göstərmir”
14.09.2010 - 12:24
“İtaliyanın “İnter” klubu Çempionlar Liqasının əsas favoritidir. Almaniya təmsilçisi “Bavariya” da titula bir nömrəli namizədlərdəndir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının futbolçusu Manuel Noyer deyib.
Vətənində “Şalke” klubunun şərəfini qoruyan 24 yaşlı qapıçı Çempionlar Liqasının yeni mövsümü ilə bağlı fikirlərini açıqlayıb. Cari mövsümdən Helzenkirhen təmsilçisinin kapitanı olan Noyer komandanın uğurunda məşqçi amilinin roluna da toxunub. O, fikirlərini daha yaxşı əsaslandırmaq üçün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts nümunəsindən istifadə edib: “İngiltərə və İspaniya klublarını da hesabdan silmək olmaz. O ki, qaldı Joze Maurinyonun çalışdırdığı “Real”a, bu komanda da yaxşıdır. Lakin uğur qazanacağına heç kim təminat verə bilməz. Siz dünyanın ən yaxşı məşqçilərindən birinə malik ola bilərsiniz, lakin bu o demək deyil ki, komanda güclü oyun göstərəcək. Məsələn, götürək Berti Foqtsu. Onun çalışdırdığı Azərbaycan yığması dünya səviyyəsində komanda oyununu göstərə bilmir”.
Qeyd edək ki, Avro-2012-nin seçmə mərhələsinin bir həftə əvvəl keçirilən oyununda millimizə qarşı oynayan Noyer 6:1 hesabı ilə bitən görüşdə yığmamızın qol vurmasının əsas səbəbkarı olmuşdu.

0
0