Yığmamızın oyununda moldovalı hakim
14.09.2010 - 12:47
Yığmamızın  oyununda moldovalı hakim
Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın oktyabrın 22-də portuqaliyalı həmyaşıdları ilə keçiriləcək oyununu slovakiyalı referi Vladimir Vnukun başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək. İki gün sonra Şimali İrlandiya ilə baş tutacaq matçda isə moldovalı İqor Satçi fitini səsləndirəcək. Satçi U-17-nin qrup mərhələsi çərçivəsində oktyabrın 27-də Çernoqoriya ilə keçirəcəyi oyunda da iş başında olacaq.

Qeyd edək ki, V qrupda yer alan U-17 Portuqaliya, Şimali İrlandiya və Çernoqoriya ilə mübarizə aparacaq. Qrup mərhələsinin oyunları Portuqaliyada keçiriləcək.