Vüqar Nadirov: Rəhbərlik qarşımıza hələ konkret məqsəd qoymayıb
14.09.2010 - 14:52
Azərbaycan milli komandasının və Ağdamın “Qarabağ” klubunun futbolçusu Vüqar Nadirovun apasport.az saytına müsahibəsi
- “İnter”lə oyunda üstün tərəf olsanız da, məğlub oldunuz. Oyunla bağlı nə deyə bilərsiniz?
- Uşaqlarda yorğunluq var idi. Əksər futbolçularımız yığmanın düşərgəsindən qayıtmışdılar. Buna baxmayaraq, oyuna yaxşı başladıq. İmkanlarımız oldu, amma istifadə edə bilmədik. Bu futboldur, udmaq da var, uduzmaq da.
- Yığmada sol cinahda, klubda isə sağ cinahda oynadın. Fərqli cinahlarda oynamaq çətin deyil?
- Əslində yığmada da sağ cinahda oynayacaqdım. Sonradan müəyyən problemlər yarandı və baş məşqçi məni sola çəkdi. Hansı cinahda oynamağımın heç bir fərqi yoxdur. Çalışıram ki, komandamız uğurlu nəticə qazansın.
- Rəşad Sadıqovun gedişindən sonra müdafiə xəttində boşluq yaranıbmı?
- Boşluq yaranıb. Ancaq heç bir futbolçu əvəzedilməz deyil. Mənim də yerimi dolduracaq oyunçularımız var. Düzdür, Rəşadın komandaya köməyi çox dəyib. Fikrimcə, hər şey yavaş-yavaş düzələcək.
- “Qarabağ” niyə Avropa Liqasında nümayiş etdirdiyi futbolu daxili yarışlarda ortaya qoya bilmir?
- Avropa Liqasının oyunlarından sonra uşaqlarda yorğunluq yaranmışdı. Yavaş-yavaş bərpa oluruq. Artıq bütün diqqətimizi çempionat oyunlarına yönəltmişik. Hər şey qaydasına düşəcək. Qələbələrimizlə azarkeşlərimizi yenə sevindirəcəyik.
- Yeri gəlmişkən, “Qarabağ” yığmanın özəyini təşkil etsə də, 13 ildir çempion ola bilmir. Bu tilsimi cari mövsümdə sındıra biləcəksiniz?
- Sözün düzü, rəhbərlik qarşımıza hələ konkret məqsəd qoymayıb. Buna baxmayaraq, biz mükafatçılar sırasına düşmək üçün mübarizə aparacağıq. İnşallah, sonda istəyimizi reallaşdırarıq.

0
0