Ballak ili vaxtından əvvəl başa vurdu
14.09.2010 - 16:20
Almaniya yığmasının kapitanı Mihael Ballak ili vaxtından əvvəl başa vurub. Apasport.az saytının məlumatına görə, “Bayer”in 34 yaşlı yarımmüdafiəçisinin cari ildə bir daha meydana çıxmayacağı məlum olub.
Hələ DÇ-2010 öncəsi zədələnən Ballak Bundesliqanın ilk turunda “Hannover”lə oyunda rəqib futbolçu ilə toqquşmadan sonra əvəzlənib. Bu dəfə başqa yerindən zədə alan futbolçunun bərpa prosesinə 6-8 həftə vaxt gedəcəyi deyilirdi. “Bayer”in baş məşqçisi Yupp Haynkes Mihaellə telefon söhbətinin olduğunu bildirib. Futbolçu ona dərindən tibbi müayinənin 2011-ci ildən tez oynaya bilməyəcəyinin göstərdiyini deyib.
Ötən seçmə mərhələdə yığmamıza qol vuran Ballak bu dəfə zədə üzündən millimizlə görüşdən kənarda qaldı. Almaniya yığmasının baş məşqçisi Yoahim Löv kapitanına tezliklə sağalmağı arzulayıb: “Mihaelə görə üzülürəm. Ancaq bu xoşagəlməzliklə barışmalıdır. Əlbəttə, mən onun tezliklə sağalmasını arzulayıram”.

0
0