Berti Foqts millimizi bir araya yığır
14.09.2010 - 16:43
Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışının vaxtı məlum olub. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri sentyabrın 27-dən 30-a qədər hazırlıqlar keçmək üçün bir araya gələcəklər. Bu toplanış Bakıda təşkil olunacaq. Bu, yığmamızın Avro-2012-nin seçmə mərhələsinin oktyabrın 8-də Avstriya, 12-də Türkiyə ilə oyunlarına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, Foqts toplanışa çağıracağı futbolçuların siyahısını yaxın günlərdə açıqlayacaq.
Mənbə: affa.az
Qeyd edək ki, Foqts toplanışa çağıracağı futbolçuların siyahısını yaxın günlərdə açıqlayacaq.
Mənbə: affa.az
0
0