Arif Əsədov: Çempionatda yaxşı oynamadan da qələbə qazanmaq olur
14.09.2010 - 22:25
“Çətin oyun olacağını bilirdik. Yaranmış fasilə ilə əlaqədar futbolçular iki həftəyə yaxın birlikdə məşq etməmişdilər. Matçın təxirə salınmasının da oyunumuza təsir etdiyini düşünürəm”. Apasport.az saytının məlumatına görə bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Gənc çalışdırıcı Unibank Premyer Liqasının V turu çərçivəsində keçirilən “Neftçi” – “Muğan” qarşılaşmasından sonra oyunla bağlı fikirlərini bildirib. Komandasının yaxşı oyun nümayiş etdirmədiyini vurğulayan Əsədov buna rəğmən qələbə qazandıqlarını düşünür: “Gah süni örtüklü meydançada məşq etdik, gah da təbii də. Bu da futbolçulara müəyyən mənada öz təsirini göstərdi. Ancaq çempionatda yaxşı oynamadan da qələbə qazanmaq olur. “Muğan”la oyunda yaxşı oynamadıq. Ən əsası odur ki, 3 xalı qazandıq. Birinci pilləyə yüksəlmək necə çətindirsə orada qalmaq bir o qədər çətindir”.
Qeyd edək ki, “Muğan” üzərində 1:0 hesablı qələbə “Neftçi”nin ardıcıl 4-cü “quru” qələbəsi olub.

0
0