Almir Hurtiç: Komandamın oyunundan 50 faiz razıyam
14.09.2010 - 22:34
“Komandam pis oyun nümayiş etdirmədi. Lakin “Neftçi” ilə oyun da daxil olmaqla keçirdiyimiz son görüşlərdə çox bərbad qollar buraxırıq”. Apasport.az saytının məlumatına görə bu sözləri Unibank Premyer Liqasının V turundan təxirə salınan “Neftçi” – “Muğan” qarşılaşmasından sonra təşkil olunan mətbuat konfransında qonaqların baş məşqçisi Almir Hurtiç deyib.
Komandasının oyunundan razı qaldığını bildirən bosniyalı çalışdırıcı “Muğan”ın qələbə qazana bilməməyini şansızlıqla əlaqələndirib. Təcrübəli məşqçi ötən illə müqayisədə çempionatın səviyyəsinin yüksəldiyini də bildirib: “Qələbə münasibətilə Arif müəllimi təbrik edirəm. Çox gözəl komanda formalaşdırıb. Öz komandamın oyunundan isə 50 faiz razıyam. Bu oyunda qapımıza penaltidən qol vuruldu və meydanı məğlub tərk etdik. Son oyunlarda qapımızdan şanssız qollar buraxırıq. Mən bunu şansızlıqla əlaqələndirirəm. Onu qeyd edim ki, əvvəlki illərlə müqayisədə çempionatın səviyyəsi artıb. Artıq əvvəlcədən hansı komandanın qalib gələcəyini demək çox çətindir".

- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0