Çempionlar Liqasında İspaniya klublarından futbol “dərsi”
15.09.2010 - 00:42
Çempionlar Liqasında İspaniya klublarından futbol “dərsi”
UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarının bu dəfə də həsrət qaldığı yarışın ilk günündə A, B, C və D qruplarında çıxış edən komandalar mübarizəyə qoşulublar.

Türkiyənin yeganə təmsilçisi olan “Bursaspor” klubu Avropanın ən nüfuzlu turnirində debüt edib. Lakin Superliqanın çempionu Avropada əsl futbol “dərsi” alıb. Ərtoğrul Sağlamın baş məşqçisi olduğu komanda İspaniya çempionatının son bürünc mükafatçısı “Valensiya” qarşısında duruş gətirə bilməyərək öz meydanında böyük hesabla uduzub. Mübarizəyə başlayan digər İspaniya klubu “Barselona” da həmyerlilərindən geri qalmayıb. Onlar da “Valensiya” kimi 4 top fərqi ilə böyük hesablı qələbəyə seviniblər. Lakin Messi və yoldaşları hesabda geri düşdükdən sonra “ayılıblar”. Özü də argentinalı bir penalti zərbəsini də boşa verib.

Turnirin ilk qolu isə Bremendə vurulub. “Tottenhem”lə qarşılaşan “Verder”in arxa xətt oyunçusu Pasanen mövsümün avtoqolla başlamasını rəsmiləşdirib. Elə ən məhsuldar qrup da bu komandaların yer aldığı A qrupu olub. Burada ikisi avtoqol olmaqla 8 dəfə top qapıdan keçib.


UEFA Çempionlar Liqası, qrup mərhələsi
I tur, 14 sentyabr

A qrupu

“Tvente” (Hollandiya) – “İnter” (İtaliya) – 2:2
Yansen, 20, D.Milito, 30-öz qapısına – Sneyder, 14, Eto’O. 41

“Verder” (Almaniya) – “Tottenhem” (İngiltərə) – 2:2
Almeyda, 43, Marin. 48 - Pasanen, 12-öz qapısına, Krauç, 18

B qrupu

“Lion” (Fransa) – “Şalke-04” (Almaniya) – 1:0
Bastos, 21

“Benfika” (Portuqaliya) – “Hapoel” (Təl-Əviv, İsrail) – 2:0
Luizao, 20, Kardoso, 68

C qrupu

“Mançester Yunayted” (İngiltərə) – “Reyncers” (Şotlandiya) – 0:0

“Bursaspor” (Türkiyə) – “Valensiya” (İspaniya) – 0:4
T.Kosta, 16, Aduriz, 41, Ernandes, 68, Soldado, 76

D qrupu

“Barselona” (İspaniya) – “Panatinaikos” (Yunanıstan) – 5:1
Messi, 22, 43, Vilya, 33, Krkiç, 78, Alves, 90 – Qovu, 20

“Kopenhagen” (Danimarka) – “Rubin” (Rusiya) – 1:0
N’Doye, 87

Qeyd edək ki, Çempionlar Liqasının I turuna bu günkü qarşılaşmalarla yekun vurulacaq.

E qrupu

“Bavariya” (Almaniya) – “Roma” (İtaliya)

ÇFR (Rumıniya) – “Bazel” (İsveçrə)

F qrupu

“Marsel” (Fransa) – “Spartak” (Moskva, Rusiya)

“Zilina” (Slovakiya) – “Çelsi” (İngiltərə)

G qrupu

“Real” (İspaniya) – “Ayaks” (Hollandiya)

“Milan” (İtaliya) – “Oser” (Fransa)

H qrupu

“Arsenal” (İngiltərə) – “Braqa” (Portuqaliya)

“Şaxtyor” (Ukrayna) – “Partizan” (Serbiya)