“Zenit”in sabiq prezidenti Mahir Şükürovun oyununu izləməyə gedir
15.09.2010 - 09:24
Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Sergey Fursenko Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovu izləyəcək. Apasport.az saytının məlumatına görə, Fursenko Şükürovun oynadığı Mahaçqalanın “Anji” klubunun növbəti turda son çempion “Rubin”lə sentyabrın 19-da ev oyununu izləmək üçün Dağıstana gedəcək. Oranın rəhbərliyi RFİ-nin prezidentinə bu təkliflə müraciət edib. Fursenko oyuna baxmaqla yanaşı, regionun futbol infrastrukturunu nəzərdən keçirəcək və respublikanın böyük ali təhsil ocaqlarının rektorları ilə tələbə futbolunun inkişaf perspektivini müzakirə edəcək.
“Anji”nin baş məşqçisi Hacı Hacıyev güclü rəqiblə görüşdə yetirmələrindən yaxşı oyun istəyir: “Bildiyimə görə, Fursenkonu Dağıstanda gözləyirlər. Ancaq başa düşdüyünüz kimi, onun səfərə vaxt tapması mənə məlum deyil. İstənilən halda, respublikaya “Rubin”in gəlişi bayramdır. Anşlaqın olması mümkündür. Komandamız ən yaxşı futbolunu göstərməyə çalışacaq”.
Qeyd edək ki, Fursenko RFİ-yə rəhbərlik edənə qədər Sankt-Peterburqun “Zenit” klubunun prezidenti olub.

0
0