Qoran Pandev “Muğan”ın futbolçusuna məsləhət verdi
15.09.2010 - 11:10
“Bəzi yerli futbolçuların ambisiyalardan məhrum, ehtiyatda qalmaqdan məmnun olmaları, bundan heç də az qazanmaları ilə bağlı formalaşan fikirlər səhvdir. Əgər futbolçulardan kimsə belə davranırsa, çox səhv edir. Axı futbolu təkcə pula görə oynamırlar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “İnter” klubunun futbolçusu Rövşən Əmiraslanov deyib.
Aşağı yaş qruplarımızda oynamış 23 yaşlı hücumçu “İnter”ə keçəndən sonra nadir hallarda meydana çıxır. Daha çox ehtiyatda qalan Rövşən ötən mövsüm oyun praktikası qazanmaq üçün “Karvan”a icarəyə verilmişdi.
“Şəmkir”in yetirməsi olan Əmiraslanov güclü klubda pula görə ehtiyatda oturmağa razı olmağı düzgün saymır. O, yaxınlarda ölkəmizə gələn, Salyanın “Muğan” klubuna keçən makedoniyalı həmyaşıdı Şaşko Pandevin misal göstərib: “Tanınmış Qoran Pandevin qardaşı Saşko Pandevi nümunə gətirmək istəyirəm. Onunla hələ “Muğan” komandasına keçməmişdən öncə bir yerdə oturmuşduq. Qardaşı ona zəng etdi və maliyyə şərtlərindən asılı olmayaraq müqaviləni imzalamasını məsləhət gördü. Qoran narahat idi ki, qardaşı oyun praktikasından ayrı düşəcək və formasını itirəcək. Axı o, İtaliyada, çıxış etdiyi Milanın “İnter” komandasında kifayət qədər qazanır və kiçik qardaşına asanlıqla yardım edə bilər. Avropada belə məsələlərə başqa prizmadan yanaşırlar. Əgər futbolu yalnız pula görə oynayırsansa, bunu etməmək daha yaxşıdır”.

0
0