Almaniyaya 1:6 hesablı məğlubiyyət yığmamızı FİFA-nın reytinqində 3 pillə yüksəltdi
15.09.2010 - 12:15
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə 3 pillə irəliləyərək, 102-ci pilləyə yüksəlib. Maraqlıdır ki, Berti Foqtsun baş məşqçisi olduğu millimiz bu müddətdə Avro-2012-nin seçmə mərhələsinə səfərdə Almaniya yığmasına 1:6 hesablı ağır məğlubiyyətlə başlasa da, bu, reytinqə mənfi yox, müsbət təsir edib. Hesabında 287 xal olan komandamız UEFA-nın reytinqində 45-ci yerdə gedir.
Almaniya da mövqeyi yaxşılaşdırılaraq, 1 pillə irəliləyib. Bundestim 1490 xalla 3-cü yerdə gedir. Növbəti oyunu keçirəcəyimiz Avstriya yığması (528 xal) 1 pillə geriləyərək, 61-ci yerə düşüb. 7 pillə irəliləyən Türkiyə millisi (882 xal) 21-ci yerdə qərarlaşıb. Qrupumuzda gələn il görüşəcəyimiz rəqiblər – Belçika yığması (526 xal) 14 pillə geriləyərək 62-ci, Qazaxıstan millisi (171 xal) 1 pillə geriləyərək 126-cı yerə düşüb.
Qeyd edək ki, reytinqə əvvəlki kimi tək son dünya çempionu İspaniya yığması (1824 xal) başçılıq edir. Onun finalda yendiyi Hollandiya millisi 1663 xalla 2-ci pillədə yerini qoruyub.

0
0