Akif İsmayılov: “Qarabağ”ın stadionumuzda oynamasına bir şərtlə razılıq vermişik
15.09.2010 - 12:38
“Qarabağ” cəmi 1 oyununu bizim stadionda keçirəcək. Bundan sonra onlar İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda oynayacaqlar”. Bu sözləri apasport.az saytına açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib. Sentyabrın 19-da AZAL-la qarşılaşacaq Ağdam təmsilçisi “Bakı” və “Neftçi” kimi rəqibini mərkəzi arenada qəbul edəcək.
Əslində əyalət təmsilçisi əvvəlcə ev oyunlarını Suraxanıda keçirəcəyini bildirsə də, sonradan arenanın vəziyyətini nəzərə alıb Bakıxanov stadionunu seçdi. Ancaq həmin məkanda da təmir işləri getdiyindən, Qurban Qurbanovun yetirmələri özlərinə başqa məkan seçməli idi. Respublika stadionunun direktoruna müraciət edən “Qarabağ”ın xahişi bir şərtlə qəbul edilib: “Onlar ancaq sentyabrın 19-da AZAL-la oyunu bizim stadionda keçirmək istəyirlər. Çünki həmin gün üçün boş stadion tapa bilmirlər. Biz də bir şərtlə razılıq vermişik: həmin gün yağış yağsa, problem yaranacaq”.
İsmayılov, ümumiyyətlə, mövsümün gedişində 3 klubun ev oyunlarını bir stadionda keçirməsinin mümkünsüzlüyünü bildirib: “Qarşıdan qış gəlir. Yağışlı havalarda oyunları keçirmək çətin olacaq. Belə vəziyyətdə stadionu qorumaq mümkün deyil. İndi stadionu yığmanın oktyabrın 12-də Türkiyə ilə keçirəcəyi oyun üçün qoruyuruq”.
Ancaq stadion direktoru “Qarabağ”dan növbəti oyunlarını da Respublika stadionunda keçirməsi ilə bağlı müraciət alsa, onlara yardım edəcəklərini istisna etməyib: “Onların stadionu yoxdur. Əgər belə bir təkliflə müraciət etsələr, onda baxacağıq, həmin həftə stadionumuzda oyun olmayıbsa, oynamalarına icazə verəcəyik. Yox, “Bakı” və “Neftçi” ilə oyunları üst-üstə düşsə, razılaşmayacağıq. Yəni bunu da “Qarabağ”a kömək etmək məqsədilə edəcəyik. Bildiyimə görə, Bakıxanov qəsəbəsindəki stadionda təmir işləri yekunlaşmaq üzrədir. Yəqin ki, onlar növbəti oyunlarını adıçəkilən arenada keçirəcəklər”.
Sonda direktordan stadionun Türkiyə yığması ilə oyuna hazır olub-olmamasına da aydınlıq gətirib: “Sentyabrın 27-dən başlayaraq toxum və qum səpəcəyik. Oktyabrın 1-dən isə sırf Türkiyə ilə matçın hazırlığına başlayacağıq. Arenada təmizləmə işləri aparılacaq, qazona qulluq ediləcək. İstəyirik ki, ot örtüyünü bir qədər də yaxşılaşdıraq. Təhlükəsizlik tədbirləri də ciddi şəkildə həyata keçiriləcək. Daxili İşlər Nazirliyinin, eləcə də SOCAR-ın təhlükəsizlik xidmətinin əməkdaşları oyun günü stadionda bu işi həyata keçirəcəklər”.

0
0