Azərbaycan və Türkiyə oyununa ən ucuz bilet 3 manatdır
15.09.2010 - 13:36
Azərbaycan və Türkiyə oyununa ən ucuz bilet 3 manatdır
Azərbaycan və Türkiyə oyununun biletlərin qiymətləri açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək qarşılaşmanın biletləri bu gündən etibarən satışa çıxarılıb. Oktyabrın 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək qarşılaşmanı canlı izləmək üçün azarkeşlər sektorlardan asılı olaraq, 3, 6, 10 və 30 (VİP C, D) manat xərcləməli olacaqlar.

Biletləri əldə etmək istəyənlər Park Bulvar Alış-Veriş Mərkəzindəki satış məntəqələrinə və AFFA-nın Marketinq və Reklamlar Departamentinə müraciət edə bilər.

Xatırladaq ki, bilet satışı AFFA tərəfindən ilk dəfə Azərbaycan – Küveyt oyunu ərəfəsində tətbiq olunmuş yeni sistem əsasında həyata keçiriləcək. Bu sistem sayəsində azarkeşlər satış məntəqəsindəki monitorla baxmaqla bilet aldıqları sektordan meydançanın necə göründüyünü öyrənə biləcəklər.