Avroliqaya da start: Türkiyənin avrokuboklarda yeganə ümidi “Beşiktaş”dır
15.09.2010 - 15:00
Avroliqaya da start: Türkiyənin avrokuboklarda yeganə ümidi “Beşiktaş”dır
UEFA Çempionlar Liqasının ardınca Avroliqada da qrup mərhələsinə start verilir. Apasport.az saytının məlumatına görə, 12 qrupda 48 komandanın iştirakı ilə mübarizə sabah başlayacaq.

Madridin “Atletiko” klubu turnirin son qalibi kimi iştirak etmək hüququndan yararlanacaq. İlk dəfə olaraq avrokuboklarda bir qrupda postsovet məkanının üç komandası mübarizə aparacaq. Bunlar Ukraynanın ən titullu klubu Kiyev “Dinamo”su, Moldova və Belarusun son illərdə dəyişməz çempionu olan “Şerif” və BATE-dir. Ölkəmizin Avroliqada ən uğurlu təmsilçisi olan “Qarabağ”ın qrup mərhələsinə yolunu bağlayan “Borussiya” yenə postsovet məkanına gəlib. Dortmund təmsilçisi “Qalatasaray”ı mübarizədən kənarlaşdıran Ukraynanın “Karpatı” klubunun qonağı olacaq.

Sözsüz ki, azarkeşlərimizi turnirdə daha çox “Beşiktaş”ın çıxışı maraqlandıracaq. Türkiyənin yeganə təmsilçisi evdə Sofiya MOİK-i ilə sınaq gözləyir. Bu yay yaxşı transferlərə imza atan, Quti və Kuarejma kimi ulduz futbolçuları heyətinə qatan “Qara Qartallar” Avroliqanın qalibi olmaq kimi çətin vəzifəni yerinə yetirə çalışacaq. Qardaş ölkənin avrokuboklarda digər təmsilçisi - son çempion “Bursaspor”un Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda evdə “Valensiya”ya 0:4 hesablı məğlubiyyətindən sonra yeganə uğurlu çıxış ümidi “Beşiktaş”adır.

Avroliqa, qrup mərhələsi
I tur


16 sentyabr
A qrupu

22:00. “Zalsburq” (Avstriya) – “Mançester Siti” (İngiltərə)
22:00. “Yuventus” (İtaliya) – “Lex” (Polşa)

B qrupu
22:00. “Aris” (Yunanıstan) – “Atletiko” (İspaniya)
22:00. “Bayer” (Almaniya) – “Rusenborq” (Norveç)

C qrupu
22:00. “Lill” (Fransa) – “Sportinq” (Portuqaliya)
22:00. “Levski” (Bolqarıstan) – “Gent” (Belçika)

D qrupu
22:00. “Dinamo” (Xorvatiya) – “Vilyarreal” (İspaniya)
22:00. “Brügge” (Belçika) – PAOK (Yunanıstan)

E qrupu
22:00. “Alkmaar” (Hollandiya) – “Şerif” (Moldova)
22:00. “Dinamo” (Ukrayna) – BATE (Belarus)

F qrupu
22:00. “Sparta” (Çexiya) – “Palermo” (İtaliya)
22:00. “Lozanna” (İsveçrə) – MOİK (Rusiya)

G qrupu
00:05. “Anderlext” (Belçika) – “Zenit” (Rusiya)
00:05. AEK (Yunanıstan) – “Hayduk” (Xorvatiya)

H qrupu
00:05. “Ştutqart” (Almaniya) – “Yanq Boyz” (İsveçrə)
00:05. “Xetafe” (İspaniya) – “Odense” (Danimarka)

I qrupu
00:05. “Debretsen” (Macarıstan) – “Metallist” (Ukayna)
00:05. PSV (Hollandiya) – “Sampdoriya” (İtaliya)

J qrupu
00:05. “Karpatı” (Ukrayna) – “Borussiya” (Almaniya)
00:05. “Sevilya” (İspaniya) – PSJ (Fransa)

K qrupu
00:05. “Napoli” (İtaliya) – “Utrext” (Hollandiya)
00:05. “Liverpul” (İngiltərə) – “Styaua” (Rumıniya)

L qrupu
00:05. “Beşiktaş” (Portuqaliya) – MOİK (Bolqarıstan)
00:05. “Porto” (Portuqaliya) – “Rapid” (Avstriya)