Vitali Borisov: Hələ istədiyimiz oyunu oynaya bilmirik
15.09.2010 - 15:17
“Heyətimizə yeni 4 oyunçu qoşulub. Hələ istədiyimiz oyunu oynaya bilmirik. Ona görə də keçirdiyimiz hər iki oyunda məğlub olduq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və Naxçıvanın “Araz” klubunun futbolçusu Vitali Borisov deyib.
Sentyabrın sonlarında UEFA kubokunun əsas seçmə mərhələsində iştirak edəcək son ölkə çempionu “Araz” heyətində xeyli dəyişiklik edib. Məsul yarışa hazırlaşan Naxçıvan təmsilçisi yoldaşlıq görüşlərində qüvvəsini sınayıb. Komandanın üzvü Vitali Borisov Gürcüstanın “İberiya” komandasına qarşı keçirilən hər iki yoxlama oyununda məğlubiyyəti heyətin tam komplektləşməməsi ilə əlaqələndirib: “Gürcüstan komandası yaxşı hazırlıq keçib. Biz isə cəmi 5 gündür birlikdə məşq edirik. Yəni heyətimiz tam komplektləşməyib. Ancaq UEFA kubokunun oyunlarına qədər vaxtımız var. O vaxtadək hazırlaşıb ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Rəqiblərimiz haqda məlumatımız var. İnanıram ki, baş məşqçimiz oyunların başlanmasına qədər heyətimizi tam komplektləşdirəcək”.
Milli komandamızın da üzvü olan Borisov sentyabrın 18-də start götürəcək ölkə çempionatı haqda da fikirlərini bildirib. O, ötən illər olduğu kimi, çempionluğun “Neftçi”, “Ekol” və “Araz” arasında gedəcəyini vurğulayıb: “Neftçi” çox güclü heyət qurub. Çempionluğa əsas namizədlərindəndir. “Ekol” isə əsasən yerli futzalçılarla güclənib. Məncə, çempionluq yolunda bu iki komanda əsas rəqibimiz olacaq. Çətin yox, ancaq maraqlı mübarizənin keçəcəyini deyə bilərəm. Çünki “Araz” həmişə çempionluğa əsas namizəd hesab olunub”.

0
0