Cahangir Həsənzadə: Komandamız potensialını tam aça bilməyib
15.09.2010 - 15:58
“Oynamamağım baş məşqçinin qərarı ilə bağlıdır. Bunu heç nə ilə əlaqələndirmək olmaz. Allaha şükür, nə zədəm var, nə də cəzalıyam”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın qapıçısı Cahangir Həsənzadə deyib.
Artıq ikinci mövsümdür ki, AZAL-ın qapısını qoruyan yığmamızın sabiq üzvü cari çempionatda əsasən ehtiyatda qalır. Elşən Poladova daha çox güvənən baş məşqçi Nazim Süleymanov təcrübəli futbolçunu nadir hallarda meydana buraxır. Məşqlərdə normal hazırlıq prosesi keçdiyini deyən Cahangir ehtiyatda qalmasının səbəbini bilmədiyini qeyd edib: “Yəqin rəqabətdə Elşənə uduzuram. Hər halda, baş məşqçi belə düşünür. Çünki kimin oynayıb-oynamayacağına o qərar verir. Mən futbolçuyam, işim baş məşqçinin verdiyi tapşırıqları meydanda yerinə yetirməkdir. Şans verilən zaman işimi görürəm”.
Daha sonra AZAL-ın çıxışına toxunan təcrübəli qapıçı komandanın potensialını tam aça bilmədiyini vurğulayıb: “Komanda pis oynamır. Əsas oyunlar qabaqdadır. 2-3 turdan sonra daha yaxşı oynayacağıq. Hələ komanda potensialını tam aça bilməyib. Yeni-yeni öz oyunumuzu tapmağa çalışırıq. İnşallah, qarşıdakı matçlarda daha yaxşı çıxış edərik”.

0
0