Ronaldinyo: 40 yaşına kimi oynamaq istəyirəm
15.09.2010 - 16:24
Məşhur braziliyalı futbolçu Ronaldinyo karyerasını gec bitirmək fikrindədir. Apasport.az saytının məlumatına görə, “Milan”ın 30 yaşlı hücumameylli yarımmüdafiəçisi daha 10 il oynamaq istəyir.
Keçmiş baş məşqçisi, həmyerlisi Leonardoya minnətdarlıq edən Ronaldinyo yığmaya qayıtmağa, vətənində keçiriləcək növbəti dünya çempionatının iştirakçısı olmağa iddialıdır. Onun ürəyindən yenidən dünya çempionu olmaq keçir: “Mənə “Barselona” klubunda bütün mükafatları qazanandan sonra asan deyildi. Ancaq ötən mövsüm Leonardonun köməyi sayəsində formamı geri qaytara bildim. İndi əvvəlki səviyyəyə qayıtmışam. Hesab edirəm ki, heç bir braziliyalı Avropada özünü məndən yaxşı göstərməyib. Mən dünya çempionatına gedən yığmaya çağırılmağa layiq idim. Televizor qarşısında 90 dəqiqə oturmağa səbrim çatmadığından, turnirin heç bir oyununa baxmadım. DÇ-2014-də iştirak edə bilsəm, əla olardı. Mən hətta DÇ-2018-də oynamaq haqda düşünürəm. Yaş problem deyil. Mən 40 yaşlı Paolo Maldini ilə birgə oynamışam və onun davamçısı olmaq istərdim”.
Qeyd edək ki, Ronaldinyo “Barselona”da oynadığı vaxtda dünyanın ən yaxşı futbolçusu seçilib, Çempionlar Liqasının qalibi olub.

0
0