Berti Foqtsa beynəlxalq turnirdə mükafat vermədilər
16.09.2010 - 10:45
Berti Foqtsa beynəlxalq turnirdə mükafat vermədilər
Azərbaycan milli komandasının baş məşqçisi Berti Fotqsun iştirak etdiyi qolf turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 64 yaşlı mütəxəssis vətəni Almaniyanın Froydenşdart şəhərində təşkil olunan yarışda mükafatçılar sırasına düşə bilməyib. Xeyriyyə məqsədilə keçirilən yarışda onun həmyerlisi Rayner Bonhof qalib gəlib. Bir vaxtlar adı Bakının “Neftçi” klubu ilə yanaşı hallanan məşqçi 40 xal toplamaqla qonaqların qatıldığı kateqoriyada hamıdan yaxşı olub.

Qeyd edək ki, Bonhofun paytaxt təmsilçisinə təyinatı ilə bağlı xəbərlər 2008-ci ilin avqustunda yayılmışdı. Onun ukraynalı Anatoli Demyanenkonun xələfi olacağı iddia olunsa da həmin vaxt bakılılar Hans-Yurgen Gede ilə müqavilə bağlamağı lazım bildi.