İbrahimoviç Çempionlar Liqasının inanılmaz rekordunu təkrarladı
16.09.2010 - 11:43
İsveç milli komandasının futbolçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu çıxış etdiyi İtaliyanın “Milan” klubunun heyətində qol hesabını açmaqla argentinalı Ernan Kresponun rekordunu təkrarlayıb. Belə ki, bu, Zlatanın Çempionlar Liqasında heyətində qol vurduğu 5-ci komanda olub.
Fransa təmsilçisi “Oser”in qapısına iki dəfə yol tapmaqla rekordçu olan isveçli buna qədər “Ayaks”da (Hollandiya) 7, “Yuventus”da 3, “İnter”də (hər ikisi İtaliya) 6, “Barselona”da (İspaniya) 4 dəfə fərqlənmişdi. Hesabında 22 top olan Zlatanla müqayisədə 6 qol çox vuran Krespo isə “Parma”da 2, “Latsio”da 5, “İnter”də 11, “Milan”da (hamısı İtaliya) 6, “Çelsi”də (İngiltərə) 4 qol vurub.
Qeyd edək ki, ispaniyalı Fernando Moryentes və braziliyalı Rivaldo hərəyə 4 klubda fərqləniblər.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0