Azər Məmmədov: Beşinci heç-heçəni istəmirik
16.09.2010 - 11:56
“Kim istəməz ki, qələbə qazansın. Meydana ancaq bu məqsədlə çıxırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun futbolçusu Azər Məmmədov deyib.
Bir vaxtlar yığmanın da formasını geyinən 34 yaşlı müdafiəçi futbolçu kimi yetişdiyi “Gəncə” ilə uğur qazanmağa çalışır. Arxada qalan 4 oyun haqqında fikirlərini bildirən təcrübəli kapitan xüsusilə də “Bakı”nı məğlub edə bilməməklərinə üzülür: “Bakı” ilə oyunda bəxt bizdən üz döndərdi. Onlar 9 nəfərlə qalmışdılar, udmalı idik. “Muğan”la oyunda isə qələbəni son dəqiqədə əldən verdik”.
“Simurq” və AZAL-la oyunlarda nəticənin oyuna görə olduğunu qeyd edən kapitan artıq heç-heçə haqqında düşünmədiklərini, “Turan”la matçda 3 xal qazanmaq istədiklərini bildirib: “Beşinci heç-heçəni istəmirik. “Turan”la oyunda nə heç-heçə, nə də məğlubiyyət haqqında düşünürük. Ancaq qələbə qazanmaq istəyirik. İnşallah, bunu bacaracağıq”.
Sonda təcrübəli futbolçu komandanın öz potensialını tam açmadığını vurğulayıb: “Arxada qalan 4 oyunda yalnız “Bakı”ya qarşı istədiyimiz oyunu nümayiş etdirə bildik. Komanda yeni yığıldığından, tam potensialını aça bilməyib. 2-3 turdan sonra tam gücümüzü meydanda qoya biləcəyik”.

0
0