“Azərbaycan yığması bundesliqa klubları ilə müqayisə oluna bilməz”
16.09.2010 - 13:20
Miroslav Klozenin “Bavariya” klubunda oyununun istənilən səviyyədə olmaması Almaniyada müzakirələrə səbəb olub. Apasport.az saytının məlumatına görə, Polşa əsilli hücumçunun Bundestimdə çıxışının parlaq alınması onun məhsuldarlığında əksini tapır. Təsadüfi deyil ki, Kloze yığmada iki oyunda artıq üç qol vurub və bunlardan ikisi Azərbaycan milli komandası ilə ev oyununa təsadüf edib. Cari mövsümdə “Bavariya”da daha çox oyun keçirən Miroslav bu qədər fərqlənməyib.
Məsələ ilə bağlı münasibətini bildirən “Bavariya”nın idman direktoru Kristian Nerlinger Klozenin yığma oyunçusu sayır. Veteran futbolçunun fikrincə, Azərbaycan milli komandası gücünə görə bundesliqa klubları ilə müqayisə oluna bilməz: “Mənə elə gəlir ki, Azərbaycan kimi komandalar bizim bundesliqadakı rəqiblərimizdən zəifdir. Bu komandalar heç müqayisəyə də gəlməz. O ki qaldı Klozenin yığmada daha çox qol vurmasına, bəzi futbolçular üçün xüsusi əhəmiyyət kəsb edən oyunlar var. Onlar klubla müqayisədə yığmadakı görüşlərdə bütün güclərini ortaya qoymağa çalışırlar”.
Qeyd edək ki, Kloze yığmamızla hər üç oyunda fərqlənərək, ümumilikdə 5 qol vurub.

0
0