Despotovski: Onlar şəxsi mənfəətləri naminə futbolçulara yalan danışırlar
16.09.2010 - 13:35
“İnter” komandasının yeni futbolçusu Filip Despotovskinin müsahibəsi
- Bakıda harada məskunlaşmısan?
- Məni qənnadı fabrikinin yanında yerləşən mənzilə məskunlaşdırıblar.
- Bakının havası xoşuna gəlir?
- Normaldır. Pis havası yoxdur. Mənə deyirdilər ki, burada həddən artıq isti olur, lakin hələlik bunu hiss etməmişəm.
- Skopye ilə Bakı arasında ümumi nəsə varmı?
- Yox. Onlar tam başqa şəhərlərdir.
- Bakıya gəlməmişdən öncə Azərbaycan haqqında nə eşitmişdiniz?
- Buradakı dostlarım Azərbaycanı və Bakını çox tərifləmişdilər. Onlar deyirdilər ki, Bakı yaxşı şəhərdir, yerli əhali isə futbolu çox sevir.
- Azərbaycanda bir çox makedoniyalı futbolçu var. Onlardan ölkəmiz haqqında soruşmuşdunuz? Keçidin barəsində məsləhətləşmişdiniz?
- Bəli, məni Slavço Qeorqiyevski Azərbaycana gəlməyimə ruhlandırdı. Bundan başqa o dedi: “Qorxma, gəl və hər şeyi öz gözünlə görəcəksən! Mütləq xoşuna gələcək!”. Belə də oldu, ilk andan xoşuma gəldi.
- Sizin ailə problemləriniz vardı və buna görə “Vorskla” müqaviləni vaxtından əvvəl pozmağa vadar etmişdi. Problem həllini tapıbmı?
- Bəli. Mənim problemlərim vardı, atam vəfat etmişdi. Buna görə kədərli anda ailəmin yanında olmaq üçün Makedoniyaya təcili getməliydim. Tək qalmış anamı dəsləkləmək üçün vətənə yollanmalıydım. Həmin vaxt mənim “Vorskla” ilə iki ayı əhatə edən müqaviləm vardı, lakin onlar mənimlə razılaşdılar və müqavilənin müddəti dayandırıldı.
- Oğlunuz necədir? İndi neçə yaşı var?
- Nolmaldır, tezliklə ailəm yanıma gələcək. Əminəm ki, Bakı ailəmin xoşuna gələcək, axı, burada çox sayda uşaq meydançaları, parklar və atraksionlar var. İndi oğlum 1 yaş 7 aylıqdır.
- Ailəni Bakıya nə zaman gətirməyi planlaşdırırsınız?
- Oktyabrda ailəm buraya gələcək.
- “İnter”ə keçidiniz necə baş tutdu?
- Komandanın baş məşqçisi Kaxaber Tsaxadadze mənə zəng vurdu və “İnter”ə dəvət etdi. Mən dərhal Slavço Georgiyevskilə əlaqə saxladım və öncə dediyim kimi, o, mənə Bakıya gəlməyimi məsləhət gördü.
- Sizə başqa təkliflər də edilmişdi, o cümlədən Romanın “Latsio” klubunun nümayəndələri də maraqlanmışdılar...
- Bəli, bir çox təkliflər olunmuşdu. Lakin onlarla yalana meylli olan agentlər məşğul olurdular. Onlar çox zaman şəxsi mənfəətləri naminə futbolçulara yalan danışırlar.
- Bəs, sizin şəxsi agentiniz?
- Bəli, mənim Makedoniyadan olan şəxsi agentim var, onun əlaqələri sayəsində Bakıya gəldim. O, əvvəllər də Azərbaycana gəlməyimi təklif edirdi, lakin ailə problemlərimə görə gözləməsini xahiş etmişdim.
- Ukraynada ölkə kubokunun sahibi oldunuz və “Vorskla”nın heyətində UEFA kubokunda çıxış etdiniz...
- Bu, “Vorskla”nın tarixində ən yaxşı il oldu. Həmin mövsüm “Şaxtyor” UEFA kubokunu qazandı, biz də onları Ukrayna kubokunun finalında məğlub etdik. Bu, bir çoxlarını bizimlə hesablaşmağa vadar etdi və “Vorskla”dan ehtiyat etməyə başladılar. Bizim güclü komandamız vardı.
- Siz 13 nömrəyə üstünlük verirsiniz, “İnter”də isə bu nömrə artıq boş deyil və buna görə 12-ci nömrəni seçdiniz. Amma hər halda bilmək maraqlı olardı: bu nömrəyə maraq haradandır? Axı, bir çoxları üçün həmin nömrə uğur gətirməyən nömrədir?
- Ona görə ki, anam ayın 13-də anadan olub, özü də beşinci gün. Məhz buna görə həmin nömrəyə üstünlük verirəm.
- Ləqəbiniz varmı?
- Hər yerdə məni Filip çağırırlar, amma hərdən “Despot” deyə də səsləyirlər.
- Despot? Rus dilində “despot” sözü “tiran”, “əzazil hömkdar” mənasını verir...
- Bəli, bilirəm. O Makedoniya dilində də eyni məna daşıyır. Lakin mən heç zaman atamdan ailə soyadımızın tarixi barədə soruşmamışam. Ola bilər ki, babam bilirdi, ancaq ondan da soruşmamışam.
- Bir vaxtlar “İnter” çıxış etdiyiniz “Vardar” komandasının düşməni olan “Rabotniçki” komandasını məğlub etmişdi. Bu iki komandanın münasibətləri, ümumilikdə Makedoniya futbolu barədə danışardınız.
- Hazırda Makedoniyada futbol lazımi səviyyədə deyil. “Vardar”-doğma klubumdur və mənim üçün kədərlidir ki, komanda hazırda heç də yaxşı günlərini yaşamır. Baxmayaraq ki, “Vardar” Makedoniyanın titullu klublarından biridir və ən zəngin tarixi var, indi komandada pul yoxdur və problem çoxdur. “Vardar” və “Rabotniçki” komandalarının münasibətləri barədə nə demək olar? Onlar Makedoniyanın iki ən prinsipial komandalarıdır və tarix boyu İspaniyada “Barcelona” və “Real”, yaxud İngiltərədə “Mançester Yunayted” və “Liverpul” kimi rəqabət aparırlar.
- Uşaqlığında kumiriniz vardımı? Ola bilər, indi də heyranı olduğunuz futbolçu var?
- O zaman Balkanlarda bizim bir ölkəmiz var idi - Yuqoslaviya və mən Deyan Saviçeviçin oyununa valeh olmuşdum.
- Bəs, müstəqil Makedoniyanın məşhur futbolçusu Artim Şakiri necə? Onunla tanışlığınız var?
- Əlbəttə, onunla millidə tanış olmuşdum. Bundan başqa bilirəm ki, o, Azərbaycanda, “Qarabağ”ın heyətində çıxış edib.
- Hansı futbolçu ilə eyni komandada oynamağı arzulayardınız?
- Arzulamışdım və arzum gerçəkləşmişdi. O, vaxtilə “Barcelona”da çıxış etmiş braziliyalı Covannidir. Onunla mən Yunanıstanın “Etnikos” komandasında çıxış etmişik. Covanni oyun tərzindən çox xoşum gəlirdi. O əla hücumçu idi.
- “İnter”in çıxışından nə gözləyirsiz? Komanda sizin karyeranda yeni səhifədir...
- Yalnız uğur gözləyirəm. “İnter” güclü komandadır, bu mövsüm çempion titulunu qorumaq və Azərbaycan Kubokunu qazanmaq istəyirik. Axı, mən heç zaman çempionat qalibi olmamışam. Buna “İnter”in heyətində nail olmaq istəyirəm.
Mənbə: inter.az

0
0