Türkiyəlilər yığmamızın kapitanını şirniyyata qonaq etdilər
16.09.2010 - 15:08
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu Türkiyənin “Əskişəhərspor” klubunun futbolçuları ilə azarkeşləri arasında görüş keçirilib. Apasport.az saytının məlumatına görə, Superliqaya uğursuz başlayan sevimlilərini dəstəkləmək qərarına gələn fanatlar klubun bazasına baş çəkərək Rəşad və yoldaşları ilə birlikdə olduqlarını göstəriblər. Oyunçuları şirniyyata qonaq edən azarkeşlər “Sivasspor”la səfər matçı ərəfəsində birgə toparlanmaq istəklərini göstəriblər.
Məşqi izləyən seyrçilər hazırlığa rəhbərlik edən baş məşqçi Rza Çalımbayı tribunalar önünə səsləyərək ona uğurlar arzulayıblar. Məşqdə iştirak edən klubun vitse-prezidenti Nihat Cuhadar belə münasibətə görə azarkeşlərə təşəkkür edib. Fanatların nümayəndələri isə komandalarını dəstəkləmək üçün səfər oyununa avtobuslarla yollanacaqlarını bildiriblər.
Qeyd edək ki, sentyabrın 18-də keçiriləcək “Sivasspor” - “Əskişəhərspor” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0