“Başqa yolumuz yoxdur”
16.09.2010 - 15:19
“Gəncə” ilə oyunun hazırlıqlarını davam etdiririk. Bu oyunda ancaq qələbə istəyirik. Başqa yolumuz da yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun baş məşqçisi Sakit Alıyev deyib.
Cari mövsümdə hələ qələbə qazanmayan Tovuz təmsilçisi şənbə günü əzəli rəqiblərindən olan “Gəncə”nin qonağı olacaq. Qərb derbisinin hazırlığını doğma bazada həyata keçirən “Turan” səfərə oyun günü yollanacaq. Futbolçu kimi hər iki komandanın formasını geyinən Sakit Alıyev oyunun ab-havasını yaxşı bilir və yetirmələrini də kökləməyə çalışacaq. Rəqibin oyununu izləyən mütəxəssis “Gəncə”nin üstün və zəif cəhətlərini özü üçün müəyyənləşdirdiyini deyib: “Bakı” ilə oyununa baxmışam. Pis komanda deyil. Sona qədər mübarizə aparırlar. Onlarda qələbə istəyi çoxdur. Biz də mübarizə aparacağıq. İstəyirik ki, uğursuz seriyaya son qoyaq”.
Qeyd edək ki, “Gəncə” - “Turan” oyunu sentyabrın 18-də keçiriləcək.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0