“Ümit Karan Rəşad Sadıqovla bir komandada oynaya bilməz”
16.09.2010 - 17:17
Azərbaycan yığmasının futbolçusu Rəşad Sadıqovun tanınmış türkiyəli hücumçu Ümit Karanla bir yerdə oynamasının yolu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Rəşadın yaxınlarda keçdiyi “Əskişəhərspor”un təcrübəli hücumçunu qaytarması yalnız baş məşqçi Rza Çalımbayın postundan asılı məsələdir. Təcrübəli mütəxəssis vəzifəsində olduğu müddətdə Ümitin oynamasının mümkün olmadığını bildirib: “Ümit mən komandada olduğu müddətdə oynamayacaq. Onun klubumuzla müqaviləsi davam edir. Biz özünə yeni klub tapmasını istədik, ancaq heç bir komandaya getmədi. Məşq etməsi üçün bazamızın qapısını açdıq. Bu, bizim işimizdir. Karan məsələsinə girmək istəmirəm. Girdiyimiz zaman xoşagəlməz şeylər olacaq. Ümitlə heç bir şəxsi problemim yoxdur. O, heyətdən kənarda qaldısa, bunun səbəbini özündə axtarması lazımdır. Komanda kapitanlığına yaraşan hərəkətlər etmədi. Karan hazırda “Əskişəhərspor”un ən çox pul alan futbolçusudur. İşimə yarmayan heç bir futbolçunu komandaya buraxmaram”.
Qeyd edək ki, “Qalatasaray”da uğurlu çıxışı ilə tanınan 34 yaşlı Karan bir il keçirdiyi Əskişəhər təmsilçisindən intizamsız hərəkətlərinə görə kənarlaşdırılıb.

0
0