“Neftçi” vahid liderliyi ələ aldı
19.09.2010 - 17:59
“Neftçi” vahid liderliyi ələ aldı
Bu gün keçirilən 3 oyunla Unibank Premyer Liqasında VI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, bir gün əvvəl vahid liderliyə yüksələn “Neftçi”nin izləyicilərindən yalnız “İnter” qələbə qazana bilib. İkiqat ölkə çempionu Qəbələ səfərindən 3 xalla dönüb. Bakılılar “Qəbələ” ilə matçdakı qələbəni 1 qolla bayram ediblər.

İddialılardan sayılan “Bakı” isə qələbə həsrətində olan “Simurq”la bacarmayıb. Paytaxt təmsilçisini çempionluğa daşımış Qyoko Hacıyevski sabiq komandası ilə ilk dueldə 1 xalla kifayətlənib – 1:1. İlk “altılığ”a namizədlərdən sayılan “Qarabağ”la AZAL da xal itkisi ilə üzləşib. Onlar öz aralarındakı matçda qalibi müəyyənləşdirə bilməyiblər – 0:0.

Xatırladaq ki, turun oyunları sentyabrın 18-də start götürüb. Çempionada ikihakimiyyətliliyi təşkil edən “Neftçi” ilə “Xəzər Lənkəran” növbəti imtahanlarını səfərdə veriblər.

MOİK mövsümə pis başlamasa da, “Neftçi”yə növbəti qələbəsini qazanmaq elə də çətin olmayıb. Bahodir Nasimovun duvl etdiyi matçda “hərbçilər” yalnız bir qol buraxdıqları ilk yarıda rəqibinə az-çox müqavimət göstərə biliblər. Özbəkistanlı legioner isə ardıcıl 6-cı oyunda qol vurmaqla bombardirlər yarışındakı üstünlüyünü bir az da artırıb. Ardıcıl 5-ci “quru” qələbə isə “Neftçi”ni vahid liderə çevirib.

Bu, növbəti turda “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran”ın xal itirməsindən sonra mümkün olub. Ardıcıl 6-cı dəfə meydanı qol buraxmadan tərk edən Mirça Rednikin yetirmələri bu dəfə özləri də qol vura bilməyiblər. “Muğan”ın liderliyin şərikindən aldığı xallar cənubluları “Neftçi”dən geri salıb.

Gəncədə 4 illik fasilədən sonra Qərb derbisi baş tutub. Cari mövsümdə güclülər dəstəsinə qayıdan “Gəncə” vaxtilə mükafatlar uğrunda əsas rəqiblərindən olan “Turan”ı qonaq edib. Hər iki komanda əvvəlki 5 turda həsrət qaldığı qələbəni əldə etməyə çalışsa da bu gerçəkləşməyib. Bir xalı bir qolla qazanan rəqiblər “Gəncə”nin seriyasına davam “deyib”. Belə ki, meydan sahibləri mövsümün startından ardıcıl 5-ci dəfə 1:1 hesabı ilə ayrılıb.

Unibank Premyer Liqası
VI tur

19 sentyabr


17:00. “Qəbələ” – “İnter” - 0:1
QOL: Rövşən Əmiraslanov, 35
Hakimlər: Elnur Muradov, Munis Abdullayev, Vaqif Musayev, Əmrah İbrahimov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası

17:00. “Simurq” – “Bakı” - 1:1
QOLLAR: Baçana Sxadadze, 33 - Vyaçeslav Sofroni, 78
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, İlham Əliyev, Ramil Diniyev
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

17:10. “Qarabağ” – AZAL - 0:0
Hakimlər: Rövşən Əhmədov, Samir Hacıyev, Azad Q. Hüseynov, Alik Yunusov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

18 sentyabr

17:00. “Muğan” – “Xəzər-Lənkəran” - 0:0
Hakimlər: Anar Salmanov, Elman Musayev, Elşən Acalov, Fuad Həsənov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu

17:00. “Gəncə” - “Turan” - 1:1
QOLLAR: İbrahim Hüseynov, 85 - Şalva Pirtsxalava, 61-pen.
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Coşqun Həsənov, Feyzulla Feyzullayev
Gəncə. Şəhər stadionu

19:00. MOİK – “Neftçi” - 0:4
QOLLAR: Fərid Quliyev, 24, Bahodir Nasimov, 64, 70, Cavid Hüseynov. 90
Hakimlər: Ceyhun Haşımov, Aydın Ələkbərov, Elşən Durmuşov, Hacıəli Ağayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

6

5

1

0

14-1

16

2

Xəzər Lənkəran

6

4

2

0

7-0

14

3

İnter

6

4

1

1

6-2

13

4

AZAL

6

3

2

1

7-5

11

5

Muğan

6

1

3

2

5-6

6

6

Gəncə

5

0

5

0

5-5

5

7

Qarabağ

4

1

2

1

2-2

5

8

Bakı

5

1

2

2

6-7

5

9

Qəbələ

6

1

1

4

2-6

4

10

MOİK

6

1

1

4

3-11

4

11

Turan

6

0

3

3

4-9

3

12

Simurq

6

0

3

3

5-12

3


Bombardir: Bahodir Nasimov (“Neftçi”) – 9.
0