“Karyeramın son ilində pul barədə fikirləşmək istəmirəm”
18.09.2010 - 12:23
Samuel Eto`O karyerasını Fransada bitirməyi arzulayır. Apasport.az saytının məlumatına görə, “İnter”in 29 yaşlı hücumçusunun bu istəyi kumiri və həmyerlisi Roje Millaya olan sevgisindən irəli gəlir. Belə ki, kamerunlu futbolçu karyerasının son ilini “xoruzlar ölkəsində” PSJ və ya “Monpelye”nin heyətində oynamağı planlaşdırır.
“Futbolla vidalaşacağım vaxtı dəqiq bilməsəm də, karyerama sakit Fransa çempionatında çıxışla son qoymaq istəyirəm. Burada ideal variant PSJ klubudur. Çünki onlar həmişə arzuların komandasıdır. Amma kumirimə olan sevgimə görə “Monpelye”də də çıxış edə bilərəm. Milla 1986-1989-cu illərdə bu komandanın şərəfini qoruyub. Mən həm də karyeramın son ilində pul barədə fikirləşmək istəmirəm. Əsas odur ki karyeramı gözəl oyunla başa vurum” – deyə Eto`O bildirib.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0