Millimizin sabiq futbolçusu birinci divizionda fərqləndi
18.09.2010 - 18:44
Millimizin sabiq futbolçusu birinci divizionda fərqləndi
Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda III tura start verilib. Apasport.az saytının məlumatına görə, bu gün turun 4 qarşılaşması baş tutub. Liderlərin qarşılaşmasında “Abşeron” “Rəvan”ı iki cavabsız qolla məğlub edib. Bu matçda Azərbaycan milli komandasının sabiq futbolçusu Murad Ağakişiyev də fərqlənib. O, aşağı dəstədə qol hesabını açıb. “Anşad-Petrol” sonuncu pilləyə göndərdiyi “Göyəzən”i məğlub etməklə ikinci pilləyə yüksəlib. Bu gün “Karvan” ilk qələbəsini, “Şuşa” isə ilk xalını bayram edib. “Energetik” isə ardıcıl üçüncü dəfə heç-heçə edib.

Birinci divizion
III tur, 18 sentyabr


"Karvan" - "Ədliyyə" - 4:1
Röyal Nəcəfov, 13; 58; Ruslan Hüseynov, 59; Eldəniz Orucov, 67 - Sübhan Hacıyev, 6

"Şuşa" - "Energetik" - 1:1
Elşən Həbibov, 52 - Orxan Əlibalayev, 61

"Abşeron" - "Rəvan" - 2:0
Ramil Nuriyev, 68; Murad Ağakişiyev, 90+2

"Göyəzən" - "Anşad Petrol" - 1:3
İsmayıl İsmayılov, 18 - Vasif Əliyev, 68; 85; Nurəli Abdullayev, 78


1 Abşeron 3 3 0 0 11-1 9
2 "Anşad Petrol" 3 2 1 0 9-2 7
3 "Rəvan" 3 2 0 1 6-2 6
4 MKT "Araz" 2 2 0 0 3-1 6
5 "Neftçi" İSM 2 1 1 0 7-3 4
6 "Şahdağ" 2 1 1 0 4-1 4
7 "Karvan" 3 1 1 1 6-7 4
8 "Bakılı" 2 1 0 1 4-4 3
9 "Energetik" 3 0 3 0 4-4 3
10 "Şəmkir" 2 0 1 1 0-4 1
11 "Şuşa" 3 0 1 2 1-7 1
12 "Ədliyyə" 3 0 1 2 3-10 1
13 "Sumqayıt" 2 0 0 2 1-6 0
14 "Göyəzən"3 0 0 3 1-8 0
0