“Araz Abdullayev artıq gələn ilin yanvarında "Everton"un düşərgəsinə qoşulacaq”
18.09.2010 - 19:33
Azərbaycan milli komandasının və Bakının "Neftçi" klubunun futbolçusu Araz Abdullayevi transfer etmək istəyən İngiltərənin "Everton" klubunun nümayəndəsi Anaqno Dasos bu gün Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin rəsmisi "Neftçi" rəhbərliyi ilə görüşərək, müqavilənin detallarını müzakirə edib.
"Everton"da transfer məsələləri ilə məşğul olan FİFA meneceri görüşdən sonra "Neftçi"nin rəsmi internet saytına açıqlama verib: "Mən iki klub arasındakı danışıqlarda "Everton"u təmsil edirəm. İlk dəfə Araz Abdullayevi 2 il əvvəl Türkiyədə təlim-məşq toplanışı keçən Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmasının heyətində görmüşəm”.
Dasos Arazın oyununu da yüksək qiymətləndirir: “O, qeyri-adi, istedadlı futbolçudur. Sol ayağı ilə çox yaxşı oynayır. Ona inamım böyük olduğu üçün bura təşrif buyurmuşam. Düşünürəm ki, Araz Avropada çıxış etmək bacarığına malikdir. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapacaq və Abdullayev artıq gələn ilin yanvarında "Everton"un düşərgəsinə qoşulacaq".
- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0