Sakit Alıyev: Bugünkü matç da derbi idi
18.09.2010 - 20:36
"Bir müddətdir ki, Gəncə şəhəri futbolsuz qalmışdı. Lakin, bu, o demək deyil ki, Gəncə tamamilə futboldan kənardır. Gəncədə futbol həmişə olub, olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Tovuzun "Turan" klubunun baş məşqçisi Sakit Alıyev deyib.
O, Unibank Premyer Liqasının VI turunun “Gəncə” ilə qarşılaşmasından sonra təşkil olunan mətbuat konfransında matçla bağlı fikirlərini açıqlayıb: “Turan”ın “Gəncə” ilə qarşılaşmalar həmişə derbi kimi olub. Bugünkü oyun da belə idi. Komandamdan razı qaldım. Qalib gəlməyə yaxın olsaq da, sona bir neçə dəqiqə qalmış qapımızda qol gördük. Onananın qırmızı vərəqə alaraq oyundan çıxması yarımmüdafiə xəttimizin oyununa təsir etdi".
Qeyd edək ki, “Gəncə” – “Turan” oyunu 1:1 hesabı ilə başa çatıb.
Mənbə: pfl.az

0
0