"Neftçi" və "Xəzər Lənkəran"a qarşı mübariz oyun göstərdik”
18.09.2010 - 20:51
"Komandamı "Neftçi" və "Xəzər Lənkəran"la oyunlarda göstərdikləri oyuna görə ancaq təbrik edə bilərəm. Futbolçularım rəqibə qarşı yüksək səviyyədə mübarizə apardılar!”. Apasport.az saytının məlumatına grə, bu sözləri Salyanın "Muğan" klubunun baş məşqçisi Almir Hurtiç deyib.
Bosniya və herseqovinalı mütəxəssis Unibank Premyer Liqasının VI turunun “Xəzər Lənkəran”la oyunundan sonra keçirilən mətbuat konfransında qolsuz heç-heçədən razılığını gizlətməyib: “Əvvəlki oyunda şanssız anlar yaşadıq, "Neftçi"yə penalti qolu ilə məğlub olduq. Lakin hər iki oyunda futbolçularım mübariz oyun göstərdilər. Hücumda müəyyən çətinliklərimiz var. Lakin ümumilikdə komandadan və nəticədən razıyam, futbolçularımı təbrik edirəm".

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0