“Xoşbəxtliyimizi başqasının bədbəxtçiliyində axtarmırıq”
18.09.2010 - 21:01
“Xoşbəxtliyimizi başqasının bədbəxtçiliyində axtarmırıq”
"Oyunun nəticəsindən və göstərilən oyundan razı qaldım. Bir neçə zədəli futbolçumuz var. Emil Mpenzanın oyundan öncə baş ağrısı var idi, ona görə ikinci hissədə əvəzləndi”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov deyib.

40 yaşlı mütəxəssis Unibank Premyer Liqasının VI turunun MOİK-lə oyunundan sonra təşkil olunan mətbuat konfransında matçla bağlı fikirlərini açıqlayıb. Komandasının 4:0 hesablı qələbəsindən razı qalan Əsədov bu turadək liderliyə şərikləri olan “Xəzər Lənkəran”ın xal itkisinə də münasibət bildirib: “Növbəti tur "Xəzər Lənkəran"la qarşılaşacağıq, daha ciddi hazırlaşıb qalib gəlməyə çalışacağıq. "Xəzər Lənkəran"ın bu tur xal itirməsinə gəlincə, biz başqasının bədbəxtçiliyində xoşbəxtliyimizi axtarmırıq. Flavinyonun növbəti tur oynaması oyundan öncə məlum olacaq".

Qeyd edək ki, Neftçi“ MOİK-in qapısından 4 cavabsız qol keçirib.