“Qarşımıza Premyer Liqada qalmaq vəzifəsi qoyulub”
18.09.2010 - 21:08
“Qarşımıza Premyer Liqada qalmaq vəzifəsi qoyulub”
"Azərbaycanın lider komandalarından birinə qarşı oynadıq. Heyətdə itkilərimiz var, son müdafiəçi mövqeyində dayaq və cinah yarımmüdafiəçilərini oynatmaq məcburiyyətində qaldıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri MOİK klubunun baş məşqçisi Ramil Əliyev deyib.

Gənc çalışdırıcı Unibank Premyer Liqasının VI turunun “Neftçi” ilə oyunundan sonra keçirilən mətbuat konfransında 0:4 hesablı məğlubiyyətinin səbəblərini izah edib: “İnanıram ki, növbəti oyunlarda zədəli futbolçularımız bizə kömək etmək iqtidarında olacaq. Qarşımıza Premyer Liqada qalmaq vəzifəsi qoyulub, əminəm ki, bu vəzifənin öhdəsindən gələcəyik".
0