Rəşad Sadıqovun debütü baş tutmadı
18.09.2010 - 21:43
Rəşad Sadıqovun debütü baş tutmadı
Türkiyə Superliqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Əskişəhərspor” klubu səfərdə “Sivasspor”la qarşılaşıb. Qarşılaşmanın ilk yarısında qapısında qol görən qonaqlar yalnız 3-cü uzatma dəqiqəsində məğlubiyyətdən yaxa qurtarıblar – 1:1. Sivas səfərinə aparılan 19 oyunçu arasında yer alan 28 yaşlı müdafiəçimiz bu görüşdə meydana çıxmaq şansı qazanmayıb.

Qeyd edək ki, Rəşad Türkiyə təmsilçisinin heyətində debüt etməyib.