Anar Salmanovun iki səhvi
18.09.2010 - 23:07
Unibank Premyer Liqasının VI turunun ilk oyun günü xoşagəlməz hadisə ilə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, bu dəfə də hadisələrin mərkəzində hakim durub.
Salyanda “Muğan” – “Xəzər Lənkəran” görüşünü idarə edən Anar Salmanov matçdan sonra yaşanan “şou”nun qəhrəmanlarından birinə çevrilib. Bütün Azərbaycana, peyk vasitəsilə isə dünyaya yayımlanan qarşılaşmadan sonra yaşananlar futbolumuzun nüfuzuna zərbə vurdu. Axı azarkeşin hakimə hücum çəkib, onu vurmaq istəməsi hər gün müşahidə olunan hadisə deyil. Lakin bu biabırçılığı doğuran səbəblər də var.
Əslində, hakimliyin təkcə Azərbaycanda deyil, bütün dünyada ən ağrılı problem olduğunu izah etməyə dəyməz. Dünya çempionatının final mərhələsində də, yüksək səviyyəli digər yarışlarda da ədalət təmsilçilərinin ədalətsiz qərarlarının şahidi olmuşuq. Bunlar isə kifayət qədər qalmaqalın yaranmasına səbəb olub. Bunun Azərbaycan miqyasında da yaşandığını söyləmək olar.
Mövsümün startından demək olar ki, hər tur narazılıq səsini ucaldan “Turan”ın səsinə səs verən tapılmırdı. Hakimlikdən zara gələn tovuzluların şikayətlərinin baxılmamağı “partlayış”ın olacağından xəbər verirdi. “Bakı” – “Qəbələ” görüşündə yaşananlar da hakimliklə bağlı sərt addımların atılmasına səbəb olmadı. Bütün bunların da nəticəsi kimi Salyanda hakimə hücum çəkdilər.
Salmanovun “Muğan” – “Xəzər Lənkəran” matçındakı idarəçiliyinə uzun-uzadı bəhs etmək mənasız olardı. Bunları televiziya ilə bütün dünya gördü. Qonaqların üstünlüyü ilə keçən, lakin qolsuz bitən matçda onun iki qərarı müzakirə və mübahisələrə səbəb oldu.
Matçın əvvəllərində cərimə meydanında yerə yıxılan Stelian Stankuya qarşı kobudluğa görə penalti gözləyənlər referinin tam fərqli qərarının şahidi oldular. Salmanov 11 metrlik nöqtəni göstərmək əvəzinə rumıniyalı legionerə sarı vərəqə göstərdi. Qayda pozuntusu isə simulyasiya arasında seçimini etməklə mübahisəli qərar verən hakim qonaq azarkeşləri coşdurdu. Əslində, bu qərar indi və stadiondan kənarda mübahisəli sayılır. Arenada isə hamı, hətta salyanlı azarkeşlər də qapılarına penalti təyin olunacağını gözləyirdilər. Belə “hədiyyə”dən də onlar razı qaldılar.
Matçın sonlarında isə Salmanov Uinston Parksın qapıçı ilə təkbətək çıxmasının qarşısını aldı. O, kosta-rikalının topa yiyələnməsinə qədər Emeka Oparanın əllə oynadığını işarə etdi. Təbii ki, nigeriyalıya sarı vərəqə də göstərdi. Bu mübahisəli qərar fanatları lap özündən çıxardı. Bundan sonra “söyüşün bir qəpik” olduğu tribunalardan Salmanovun ünvanına təhqiramiz ifadələr səsləndi. Sonda isə azarkeşlərdən biri onu vurmaq istədi.
Mübahisəli qərarlarda hakimin haqlı olub-olmadığına qərar vermək Hakimlər Komitəsinin, stadionda yaşananları dəyərləndirmək isə İntizam Komitəsinin üzərinə düşür. Bunu nəzərə alsaq, azarkeşin əməlinə haqq qazandırmaq düzgün olmaz. Çünki Salmanov səhv edibsə belə, onu adi azarkeş deyil, komitə cəzalandırmalıdır. Lakin fanatın bu həddə qədər gedib çıxmasının da obyektiv səbəbləri var. Salmanovun idarəçilyindən fərqli, səhv etdiyi şübhə doğurmayan şəxs də elə həmin azarkeşdir. Amma onu bu addımı atmağa sürükləyən iki məqam var. Lakin söhbət iki mübahisəli qərardan getmir.
Həmin azarkeş də, digərləri də çox yaxşı bilirlər ki, hakim nə qədər ağır səhv etdisə belə cəzasız qalacaq. Axı qiymətləri də, cəzaları da gizlədilən Azərbaycan hakimləri həmişə müdafiə olunur. Öz kadrlarını qoruyan Hakimlər Komitəsi onların klubların əməyini yerə vurmasına həmişə göz yumur. Elə bunu düşünən azarkeş fikirləşib ki, onsuz da hakimin düzgün oyun idarə edib-etməyəcəyinə baxan olmayacaq. Hakimin mühakimə olunmadığını dərk etdiyindən də bu işi özü görüb.
Digər tərəfdən isə Salmanovun özü də tamaşaçıların qəzəblənməsinə səbəb olub. Hər halda, tribunadakılar vaxtilə ömürlük hakimlikdən kənarlaşdırılan ədalət təmsilçisinin düzgün qərarlarına belə şübhə ilə yanaşmalı olurlar. Axı vaxtilə belə ağır cəzaya layiq səhvlər edən birisinin eyni qüsurları təkrarlamayacağına zəmanət verən yoxdur.

0
0