Rusiyalılar Mahir Şükürovu bağışladılar, amma diqqəti birə-beş artırdılar
19.09.2010 - 18:19
Rusiyalılar Mahir Şükürovu bağışladılar, amma diqqəti birə-beş artırdılar
Rusiya çempionatının Premyer Liqasında növbəti turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi “Anji” klubu “Rubin”lə qarşılaşıb. Mahaçqalalıların baş məşqçisi Hacı Hacıyev son iki mövsümün çempionu olan Kazan təmsilçisi ilə qarşılaşmada 28 yaşlı müdafiəçimizə də şans verib. Mahir əvvəllər olduğu kimi yenə start heyətində yer alıb.

Bu isə o deməkdir ki, rusiyalılar Şükürovu bağışlayıblar. Belə ki, “Sibir”lə görüş zamanı Rusiya himni səslənərkən özünü bayrağa çevirməyən və buna görə də hörmətsizlikdə ittiham olunan müdafiəçi cəzaya məruz qalmışdı. Onu “Rostov”la qarşılaşmada heç “18-liy”ə də daxil etməmişdilər. Lakin “Rubin” kimi güclü rəqiblə ev oyununda aparıcı müdafiəçiyə ehtiyacı olan dağıstanlılar onun günahından keçməyi lazım biliblər. Lakin ona diqqət birə-beş artıb.

Belə ki, Rusiya mətbuatı Şükürovun matçdan əvvəlki hərəkətlərinə şərh verməyi lazım biib: Bu dəfə Rusiya Federasiyasının himninin çox diqqətlə dinləyən Mahir Şükürov aut atışını çox gec yerinə yetirdi. Hətta “Anji” azarkeşləri də azərbaycanlının bu hərəkətinə buna reaksiya verdilər.

Oyuna gəlincə isə qarşılaşmada qonaqlar qalib gəliblər. “Rubin” türkiyəli legioneri Gökdəniz Qaradənizin matçın uzatma dəqiqəsindəki yeganə qolla 3 xalı “bayram edib” – 1:0. Mahir isə bu qolu ehtiyat oyunçular skamyasından izləyib. Çünki o, görüşün 87-ci dəqiqəsində Dmitri İvanovla əvəzlənib.
0